PR

Uğurlu Gələcək Təhsillə Gələcək – ACCESSBANK
11 AVQUST
105

Uğurlu Gələcək Təhsillə Gələcək – ACCESSBANK

2016-08-11 14:45:00
AccessBank-ın “Qazax” filialının əməkdaşları abituriyentlər arasında “Uğurlu Gələcək Təhsillə Gələcək” adlı aksiya təşkil ediblər. Aksiya 2 mərhələdən ibarət olub. İlk mərhələdə dəvət olunan psixoloq ali təhsil məktəblərinə hazırlaşan gənclərə “İmtahan stressindən necə uzaqlaşmaq olar” mövzusunda məsləhətlər verib. Daha sonra abituriyentlər filialın müxtəlif şöbələrində olaraq bank işi ilə yaxından tanış olublar.
 
İkinci mərhələdə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirlib. Yeni tələbələrə balansına pul olmaqla AccessBank-ın kartları və myAccess intenet bankinq sisteminə 1 illik pulsuz qoşulma hədiyyə edilib. Gənclər AccessBank haqqında düşüncələrini, təkliflərini, gənclərə, təhsilə verilən dəyərlər haqqında öz fikirlərini onlar üçün hazırlanmış guşədə qeyd ediblər. Onlar bu aksiyanın onlar üçün yenilik olduğunu, gərgin, yorucu hazırlıq günlərindən sonra istirahət etdiklərini bildirblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272