PR

İrana səfər edənlər üçün müjdə - 1 MB internet = 1 qəpik
10 AVQUST
161

İrana səfər edənlər üçün müjdə - 1 MB internet = 1 qəpik

2016-08-10 17:37:00

Bakcell 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməyə davam edir.

Belə ki, İranın aparıcı telekommunikasiya şirkəti olan MCI ilə aparılan danışıqlar nəticəsində Bakcell abunəçiləri üçün 1 MB internet = 1 qəpik təklifi qüvvəyə minib. Artıq İranda səfərdə olan hər bir Bakcell abunəçisi MCI mobil operatorunun şəbəkəsinə qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli mobil internetdən istifadə edə bilər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

Bakcell abunəçiləri bu təklifdən dünyanın 21 ölkəsində yararlana bilirlər. Həmin ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, Niderland,  İspaniya, İtaliya, Macarıstan, Çexiya Respublikası, Rusiya, Türkiyə, İran, BƏƏ və digər ölkələr daxildir. Tam siyahıya bu keçiddən istifadə edərək baxmaq olar: http://www.bakcell.com/az/1000mb-in-roaming-cedvel

Bakcell getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksək sürətli internet xidməti təklif etmək üçün rouminq tərəfdaşları ilə danışıqlar aparmaqda davam edir. Bu danışıqlar əsasən dünyanın lider telekommunikasiya şirkətləri olan Vodafone, Megafon, AirTel, Etisalat ilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271