PR

Bu bankın yeni şöbəsi açıldı
09 AVQUST
166

Bu bankın yeni şöbəsi açıldı

2016-08-09 14:42:00

“Azər Türk Bank” ASC xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunub. Bankdan fins.az-a verilən xəbərə görə, avqustun ayının 4-də Bankın Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 2 saylı şöbəsinin açılışı olub. 

Azər Türk Bankın inkişaf strategiyasına uyğun olaraq yaradılan yeni şöbə həftəiçi hər gün saat 09:30-dan 17:00-dək müştərilərin xidmətindədir. Burada fiziki və hüquqi şəxslərə bank hesablarının, fiziki şəxslərə depozit  hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nağd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların, alqı-satqı əməliyyatlarının aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür.

Müştərilər həmçinin 2 saylı şöbəyə müraciət etməklə Azər Türk Bankın müxtəlif çeşidli ödəmə kartlarını sifariş verə bilərlər.

Xatırladaq ki, cari ilin avqust ayının 1-də Azər Türk Bankın Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında “Şirvan” filialının açılışı keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275