PR

Beynəlxalq Bank reklamlarında “Yuventus” brendindən istifadə edəcək
08 AVQUST
108

Beynəlxalq Bank reklamlarında “Yuventus” brendindən istifadə edəcək

2016-08-08 10:32:00
Azərbaycan Beynəlxalq Bankı məşhur futbol klubu olan “Yuventus”-la əməkdaşlığa başlayır. İtaliya çempionu olan bu klubla birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İlk növbədə, “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.
 
Bütün dünyada məşhur olan “Yuventus” klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq çevrədə təbliği baxımından da geniş imkanlar açır. Belə ki, bu əməkdaşlıq çərçivəsində Bank reklam və təbliğat məqsədilə “Yuventus” brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271