PR

Bu bank müştərilərini Türkiyəyə göndərir – KAMPANİYA
03 AVQUST
504

Bu bank müştərilərini Türkiyəyə göndərir – KAMPANİYA

2016-08-03 16:45:00

«Azər Türk Bank»ın “Səyahət həyəcanı” kampaniyasının başa çatmasına cəmi 12 gün qalıb. Bankdan fins.az-a verilən məlumata görə, iyulun 1-dən start verilmiş kampaniya avqustun 15-də başa çatır. Kampaniyanın həyata keçirilməsində əsas məqsəd nağdsız ödənişlərin həcminin artırılmasıdır.

Kampaniyanın yekununda «Azər Türk Bankın» ödəniş kartları vasitəsilə ən çox sayda əməliyyat aparmış müştərilər arasından 3 nəfər qalib müəyyən olunacaq. Qaliblərin seçimi zamanı əməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınacaq. “Səyahət həyəcanı”nın qalibi olmuş müştərilər xaricdə bir həftəlik istirahət imkanı qazanacaqlar.

Şərtlərə görə, kampaniya dövründə ən çox sayda nağdsız əməliyyat aparmış (aparılan əməliyyatların həcmi nəzərə alınmaqla) 3 Mastercard istifadəçisinin adı 20.08.2016-cı il tarixinədək açıqlanacaq və mükafatlandırılacaq

Kampaniyada bankın bütün ödəniş kart istifadəçiləri iştirak edə bilər. Kampaniya minimum məbləği 10 AZN təşkil edən əməliyyatlara şamil edilir.

Hər 10 AZN üçün 5 bonus, hər əməliyyat üçün 1 bonus hesablanır. Kampaniyanın şərtlərinə görə, bura qoşulmaq üçün minimum 5 fərqli sahə üzrə əməliyyat aparmaq tələb olunur.

Pul köçürmələri (Kartdan karta və s.) və kredit ödənişləri kimi əməliyyatlar kampaniyaya şamil edilmir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275