PR

Taksi şirkəti kuryer xidməti də göstərəcək – YENİLİK
27 İYUL
353

Taksi şirkəti kuryer xidməti də göstərəcək – YENİLİK

2016-07-27 16:26:00

Taksi vә kuryer sifarişi üçün vahid mobil proqramı olan UTAP bu gündәn etibarәn kuryer xidmәtini də işə salıb. Şirkətdən fins.az-a verilən məlumata görə, bu xidmәt hәm adi istifadәçilәr, həm də  korrespondensiya vә rәsmi sәnәdlәr göndәrmәk istәyәn şirkәtlәr üçün mümkündür. 

Bundan әlavә, kuryer xidmәtlәrindәn, restoranlar, kafelәr, gül satışı salonları vә catdırma xidmәtinә ehtiyacı olan digәr biznes ¬kompaniyalar da istifadә edә bilәrlәr. 

Yeni tətbiq ənənəvi taksi xidmətləri ilə müqayisədə əlavə üstünlüklərə sahibdir. Belə ki, UTAP¬ servisi:  

● Servis bütün sutka әrzindә mümkündür

● Kuryer çağırıldıqdan sonra 15 dәqiqә әrzindә gәlir

● 90 dәqiqә әrzindә çatdırılır. 

Xidmәtdәn istifadә etmәk üçün mobil әlavәdә sizә lazım olan tariflәrdәn birini seçin 

“Letter” – mәktub vә rәsmi sәnәdlәr üçün, 

“Box” – çәkisi 6 kq¬dan artıq olmayan qutular üçün, 

“Cargo” - çәkisi 6 kq¬dan çox olan yüklәr üçün 

“Food” – yemәk vә әrzaqların çatdırılması üçün. 

İstifadəçisilər UTAP tətbiqini Android və iOS platformalarından yükləyə bilərlər. Proqramın təhlükəsmizliyi ilə bağlı ən xırda detallar da nəzərə alınıb. Belə ki, istifadəçilər sifariş verərkən, göndərişi aparan kuryerin ad-soyadını da görə biləcəklər və kuryerin hәrәkәtini mobil әlavәdә izlәmәyə biləcəklər. Bu da sistemə inamı artırmalıdır.

Ödәmәlәr hәm nağd, hәm dә bank kartının vasitәsi ilә qәbul olunur. Kuryer xidmәti hәmçini korporativ müştәrilәrә internet¬mağazalardan malların çatdırılması üçün mümkündür. 

«Kuryer xidmәtinin işә salınması gül dәstәsi, hәdiyyә vә yaxud vacib sәnәdlәrin çatdırılması ilә bağlı mәsәlәlәrin çoxunun hәll edilmәsindә kömәklik edir. Tәqdim olunan xidmәtә fәrdi müştәrilәrin vә şirkәtlәrin tәlәbatı böyükdür»,- deyә şirkәtin meneceri Sәbinә Aslanova qeyd etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274