PR

“Smart Start”ın qalibləri Bakcell-də təcrübə keçəcəklər
27 İYUL
84

“Smart Start”ın qalibləri Bakcell-də təcrübə keçəcəklər

2016-07-27 14:19:00

 “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaqdır.

Qeyd edək ki, “Smart Start” proqramına maraq bu il də böyük olub. “Bakcell”də təcrübə keçmək üçün 2000-ə yaxın gənc  müraciət edib. Seçim mərhələlərini  müvəffəqiyyətlə keçən 33 nəfər təcrübə proqramında iştirak hüququ qazanıb. 

İştirakçılar 2 ay müddətində insan resursları, marketinq, mühasibatlıq, pərakəndə satış və distribusiya, korporativ satış, informasiya texnologiyaları əməliyyatları, müştəri və müəssisə idarəetmə platformaları, xidmət əməliyyatları mərkəzi, proqram idarəetmə, müştəri xidmətləri strategiyası və onlayn xidmətlərin idarə edilməsi, müştəri xidmətləri şöbələrində çalışacaqlar.

Xatırladaq ki, 2014 və 2015-ci illərdə “Smart Start” təcrübə proqramından 54 nəfər məzun olub, onların 12 nəfəri artıq Bakcell şirkətinin müxtəlif sahələrində işlə təmin olunub. Digər məzunlar isə yeni yaranan vakansiyalara potensial namizəddirlər.

Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

Bu il gənclərin proqram haqqında ətraflı məlumat alması və müraciət prosesini daha dinamik və asan etmək məqsədi ilə yeni sayt istifadəyə verilib. Sayt vasitəsi ilə təcrübə proqramına müraciət etmək, proqram haqqında daha geniş məlumatları, xəbərləri və məzunların təcrübə hekayələrini oxumaq, “Bakcell”in universitetlərdə keçirdiyi tədbirlərə qoşulmaq üçün qeydiyyatdan keçmək, əməkdaşlarımızın gənclərə verdiyi tövsiyələri ilə tanış olmaq mümkündür.

Kreativ gənclərin öz təkliflərini və layihə ideyalarını göndərə bilməsi üçün saytda xüsusi bölmə yaradılıb. Son statistakaya əsasən gənclər artıq bu saytdan aktiv şəkildə faydalanır və şirkətlə daha sıx əlaqəyə girirlər. Saytla aşağıda qeyd olunan keçiddən istifadə edərək tanış ola bilərsiniz:http://developtalent.bakcell.com/az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270