PR

“Bakcell”dən yeni tarif: həftədə cəmi 2 AZN
25 İYUL
239

“Bakcell”dən yeni tarif: həftədə cəmi 2 AZN

2016-07-25 11:41:00

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni həftəlik Klass Klass M tarif paketini təqdim edir. Klass M tarifi abunəçilərə hər həftə 2 manat ödəməklə ölkədaxili 50 dəqiqə danışıq, 100 MB həcmində internetdən istifadə və “WhatsApp”dan pulsuz yararlanmaq imkanı qazandırır. Bu tarif paketinə qoşulmaq üçün *202#YES yığmaq kifayətdir.

“Klass tarifinə qoşulan Bakcell abunəçiləri bir çox unikal imkanlar əldə edirlər. Abunəçilərin müxtəlif mobil xidmətlərə olan ehtiyacı müxtəlifdir. Biz onların mobil data, səs və SMS xidmətinə olan tələbatını nəzərə alaraq fərlqi abunəçi qrupları üçün fərqli Klass paketləri təqdim edirik”, deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. Bu, müxtəlif Klass tarif paketlərinin istifadəçiləri yaradılan ilk imkan deyil. Hazırda bütün Klass abunəçiləri səs bə mobil data xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət edə və istədikləri qədər ünsiyyət qura bilirlər.

Bununla yanaşı, Klass abunəçilərı hazırda “Whatsapp” mobil tətbiqindən pulsuz istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270