PR

"CDB" bank jurnalistləri təbrik etdi
22 İYUL
106

"CDB" bank jurnalistləri təbrik etdi

2016-07-22 10:38:00

“Caspian Development Bank (CDB)” ASC 22 iyul Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrini təbrik edib. Fins.az xəbər verir ki, bu barədə bankın yaydığı təbrik məktubunda mətbuat işçilərinə peşəkar fəaliyyətlərində uğurlar diləyib.

"Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 141 il ötür. 1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxıb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

Ötən müddət ərzində Azərbaycan mətbuatı uzun, keşməkeşli, şərəfli bir tarix yaşayıb, ağır sınaqlardan üzüağ çıxıb, zəngin inkişaf yolu keçib. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına məhz mətbuat vasitəsi ilə güclü təkan veriblər. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalist hər gün ölkə icitimaiyyətinin rifahı naminə yorulmadan çalışır.

Onların bankların xidmət və yenilikləri barədə məlumatlarını da ictimaiyyətin nəzərinə çatdırılmasında  xidmətləri əvəzsizdir". 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270