PR

İstәnilәn vaxt karta pul yüklәmək imkanı
18 İYUL
136

İstәnilәn vaxt karta pul yüklәmək imkanı

2016-07-18 11:12:00

Günün istәnilәn vaxtı kartınıza dәrhal pul vәsaiti yüklәyә bilmәk istәyirsinizmi? AGBank­ın plastik kart sahibisinizsә o zaman Siz artıq doğru seçimi etmisiniz. İndi ödәniş terminalların vasitәsilә plastik kartınıza pul otuzdurmaq istәdikdә, vәsait bir neçә dәqiqә әrzindә sizin kart hesabınıza oturacaq. Әgәr Siz dә vaxtınızın qәdrini bilirsinizsә, o zaman bu kartı almağa tәlәsin. Belә ki, müştәrilәrinin rahatlığı üçün xidmәtlәrini daim tәkmillәşdirәn AGBank bu dәfә “Azәricard” MMC ilә birgә layihәni uğurla tamamlayıb.

Yeni xidmәt müştәrilәrin rahatlığına yönәlib. Artıq AGBank müştәrilәrinin kartlar ilә apardıqları bütün әmәliyyatlar dәrhal sistemdә әksini tapacaq. Bununla da istәr bankın kassalarında istәrsә dә MilliÖn köşklәrindә vәsait karta mәdaxil edildiyi zaman saniyәlәr içәrisindә karta yüklәnәcәk. Xidmәt hәftәnin 7 günü, günün 24 saatı aktiv olduğu üçün müştәrilәr istirahәt vә bayram günlәrindә dә kartlarından faydalana bilәcәklәr. AGBank­ın müştәrilәrinә tәqdim etdiyi bu üstünlükdәn yararlanmaq üçün şәxsiyyәt vәsiqәsi ilә sizә yaxın AGBank filialına yaxınlaşaraq, plastik kart әldә etmәyiniz kifayәtdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275