PR

Ev dekorları onlayn satışa çıxarıldı
15 İYUL
165

Ev dekorları onlayn satışa çıxarıldı

2016-07-15 16:42:00
Azərbaycanda ilk dəfə ev dekorlarının onlayn satışına başlanılıb. Söhbət müxtəlif növ dekorların satışını həyata keçirən “Myhomedecore” şirkətindən gedir. Müxtəlif zövq və üslubları tamamlayan bu dekorları sərfəli qiymətlə və şərtlərlə əldə etmək mümkündür. Şirkətdən fins.az-a verilən məlumata görə, Bakıda 2 satış mağazası fəaliyyət göstərir. Bununla yanaşı, ev dekorlarını onlayn olaraq da sifariş etmək mümkündür. Məhsullar Bakı və Sumqayıt şəhəri ərazisində kuryer vasitəsilə pulsuz olaraq çatdırılır.  
 
Şirkət müxtəlif növ ev dekorları, rəsmlər, əl işləri, rapsodi mebel, divan, oturacaq və kreslolar, saatlar, rəflər, torşerlər,çıl-cıraqlar, gecə lampaları və xalçaların satışını həyata keçirir. Məhsullar xarici ölkələrdən gətirilir. Şirkətdən verilən məlumata görə, son dövrdə dekor əşyaların hədiyyə olaraq alınması dəb halını alıb. Belə ki, müştərilərin 70 %-i bu məhsulları, xüsusilə də saat, dəniz dekorları, müxtəlif növ qədim dekorativ avtomobilləri hədiyyə olaraq alırlar. Adi müştərilərlə yanaşı, biznes mühitinə aid olan insanlar da müxtəlif tədbirlərdə iştirak edərkən, yeni evə köçən və ya evini təmir edən yaxınlarına və tanışlarına müxtəlif dekorlar, dəniz rəsmləri hədiyyə edirlər.
 
Bundan əlavə, yeni ev tikən, təmir işləri aparan müştərilər, evinin dizaynını dəyişərək fərqli abu-hava yaratmaq istəyənlər zövqlərinə uyğun ev əşyaları və dekorlar seçirlər. Seçimlər üçün “Myhomedecore”in təklifləri isə çeşid və keyfiyyət baxımından daha üstündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275