PR

“Təhsil avtobusu” yola çıxdı
14 İYUL
112

“Təhsil avtobusu” yola çıxdı

2016-07-14 12:21:00

Kapital Bank “Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) beynəlxalq təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsini keçirir. Bankdan fins.az-a verilən xəbərə görə, bununla bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak edirdi.

Layihə 13-21 iyul 2016-cı il tarixləri arasında keçiriləcək.

“Təhsil avtobusu” adlı Yay Məktəbi Gəncə, Şəki, Lənkəran və Quba şəhərləri üzrə təhsil marafonuna çıxacaq. Marafonda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Hər bölgədə 2 gün davam edən layihədə müəllimlər, şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edəcəklər.

"Kapital Bank"-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib ki, bank Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan üçün öyrət” layihəsini dəstəklədi. "Layihə üzrə Bakıda, Lənkəranda, Qubada, Şəkidə və Gəncədə olan məktəblərdə akademik dərslər və fərdi inkişaf təlimləri keçirilib. Təhsil mövsümünün sonunda “Təhsil avtobusu” Yay Məktəbini keçirmək qərarına gəldik. Əminəm ki, bu layihə də təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq”.

Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274