PR

"Azər-Türk Bank" ilk elektron müqavilə imzaladı
04 İYUL
148

"Azər-Türk Bank" ilk elektron müqavilə imzaladı

2016-07-04 14:54:00

“Azər-Türk-Bank” daha bir ilkə imza atıb. Bankdan fins.az-a verilən məlumata görə, ölkədə ilk dəfə olaraq tərəfdaş xidmət təminatçısı ilə müqavilə elektron qaydada“Asan İmza” mobil elektron imzanın istifadəsi ilə imzalanıb.

Müqavilənin qarşı tərəfi qismində “Asan İmza” mobil elektron imzanın yaradıcısı və operatoru olan “B.ESTSolutions” şirkəti çıxış edir. Sözügedən müqavilənin predmeti “Asan İmza” xidmətinin bankın “E-bank” İnternet bankçılıq proqramına inteqrasiyasını nəzərdə tutur və bu istiqamətdə işlər artıq uğurla başa çatıb.

Qeyd edək ki, sənədlərin imzalanmasında “Asan İmza” mobil elektron imzadan istifadə vaxta və digər maddi resurslara qənaət edilməsi və əməliyyatların çevikliyi baxımından əlverişli və məqsədəuyğundur. “Asan İmza” kimiinnovativ həllərin tətbiqi hazırda bank sektorunda proseslərin optimallaşdırılması istiqamətində mövcud olançağırışlar şəraitində xüsusən aktualdır. Həm İnternet bank, həm də kargüzarlığın elektronlaşdırılması sahəsində “Asan İmza” texnologiyasının tətbiqi müştərilərə daha yüksək və operativ xidmət göstərilməsi və müştəriməmnunluğunun yüksəldilməsi ilə yanaşı, bankdaxili biznes proseslərin daha effektiv idarə edilməsi baxımındanda mühüm əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272