PR

ATABank hərbçinin kreditini bağışladı
24 İYUN
114

ATABank hərbçinin kreditini bağışladı

2016-06-24 13:04:00

“AtaBank” ASC Azərbaycanda Silahlı Qüvvələr Günü ərəfəsində Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan hərbçimizin kredit borcunu bağışlayıb.

Bankdan fins.az-a verilən xəbərə görə, Məmmədov Anar Yaşar oğlu döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində sağ ayağından qəlpə yaraları alıb, sol qolunu dirsəkdən yuxarı itirib.

Hərbçimiz “AtaBank”-ın mərkəzi filialına dəvət olunub və İdarə Heyəti Sədrinin Müavinləri Səbuhi Əliyev və Rauf Hüseynovla görüşüb. Görüşdə “AtaBank” ASC-nin İdarə Heyəti sədr müavini Səbuhi Əliyev bildirib ki, bank vətəndaşlarla həmrəyliyini davam edtdirəcək: “AtaBank ASC olaraq biz maliyyə bazarında yenilikçi missiyamızla yanaşı, vətənpərvərlik ruhuna da sadiq qalırıq. Fikrimizcə, belə anlarda xalq olaraq birlik nümayiş etdirməli və bir-birimizə dəstək olmalıyıq. Hər bir bank, şirkət, vətəndaş, cəmiyyət qarşısında məsuliyyətini unutmamalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272