PR

İndi "AccessBank"ın müştəriləri daha çox qazanacaq
23 İYUN
205

İndi "AccessBank"ın müştəriləri daha çox qazanacaq

2016-06-23 15:44:00

AccessBank müştərilərə yeni “Yüksələn” əmanəti təklif edir. Bankdan fins.az-a verilən xəbərə görə, bu gündən etibarən "AccessBank" müştərilərə yeni əmanət məhsulunu təqdim edir. Yeni əmanət müştərilərə öz vəsaitlərini daha uzun müddət saxlamaqla daha çox faiz gəliri əldə etmək üçün imkan yaradır. Belə ki, bu əmanət üzrə faiz dərəcələri əmanətin aktiv olduğu dövr ərzində müəyyən müddətdən bir yüksəlir.

“Yüksələn” əmanətin üstünlüklərindən biri də odur ki, müştərilər əmanəti istənilən zaman hesablanmış faizlərlə birlikdə tam şəkildə geri ala bilərlər.

“Yüksələn” əmanətdən AZN və ABŞ dolları valyutalarında həm fiziki, həm hüquqi şəxslər faydalana bilərlər. Daha ətraflı məlumatı "AccessBank"-ın rəsmi internet saytından və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275