PR

Beynəlxalq Bankdan Azər Türk Banka bankomat dəstəyi
22 İYUN
415

Beynəlxalq Bankdan Azər Türk Banka bankomat dəstəyi

2016-06-22 16:06:00

Azər Türk Bankın kart sahiblərinə ən böyük bankomat şəbəkəsindən istifadə etmək imkanı yaradılıb

Azərbaycanın ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının bankomatlarından digər dövlət bankı olan Azər Türk Bankın kart sahibləri komisyon ödəmədən istifadə edə bilirlər.

Fins.az-ın "Marja"-ya istinadən məlumatına görə, ölkənin ən böyük bankomat şəbəkəsi Azər Türk Bankın kart sahiblərinin xidmətindədir.

Ötən il Azər Türk Bank “AzeriCard” prosessinq mərkəzinə keçib. Bu keçid  Azər Türk Bankın kart sahiblərinə Azərbaycan Beynəlxalq Bankının ölkə üzrə 740 ədəd (Bakı şəhəri üzrə 409 ədəd) bankomatından əlavə komisyon ödəmədən istifadə etmə imkanı verib. Azərbaycan Beynəlxalq Bankının bankomatları, Azər Türk Bankın kart sahiblərinə Azər Türk Bankın öz bankomatlarındakı tariflərlə xidmət göstərir.

Hazırda Azər Türk Bank 13 bankomata malikdir.  Beləliklə, Azər Türk Bankın kart sahibləri Bankın öz bankomatlarının da sayı nəzərə alınmaqla, ölkə üzrə ümumilikdə 753 ədəd bankomatdan əlavə komisyon ödəmədən istifadə etmə imkanına malikdirlər.

Qeyd edək ki, “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272