PR

AGBank-dan Visa Kart sahiblərinə şad xəbər
22 İYUN
146

AGBank-dan Visa Kart sahiblərinə şad xəbər

2016-06-22 10:28:00

2016-cı ilin iyunun 22-dən avqustun 21 tarixinə qədər “2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın!”, stimullaşdırıcı lotereyada iştirak etməyə dəvət edir.

Lotereyaya qoşulmaq isə çox sadədir. Visa ödəniş kartları ilə Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində və ya xidmətlərin ödənilməsi, istənilən məbləğdə nağdsız əməliyyat aparmaqla siz lotereyanın iştirakçısına çevrilirsiniz. Stimullaşdırıcı lotereyada iştirak etməklə siz, Panasonic Smart TV və ya Samsung Galaxy Smartphone hədiyyələrindən birini də udmaq imkanı qazanacaqsınız.

Lotereyanın şərtləri haqqında

www.visa.com.az saytından daha ətraflı tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, 1992-ci ildə fəaliyyətə başlayan AGBank “VISA International” beynəlxalq ödəmə sisteminin mühüm üzvüdür. Bank müştərilərinə

Visa Infinite, Visa Platinum, Visa Electron, Visa Virtual, Visa Gold, Visa Classic, Visa Gift kartlarını təqdim edir. Visa - kart sahiblərini, ticari-xidmət müəssisələrini, maliyyə və hökumət təşkilatlarını dünyanın 200-dən çox ölkəsində sürətli, təhlükəsiz və etibarlı elektron ödəmə şəbəkəsi ilə təmin edən qlobal ödəniş sistemidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272