PR

“Kapital Bank”dan uşaqlara hədiyyə
17 İYUN
105

“Kapital Bank”dan uşaqlara hədiyyə

2016-06-17 10:30:00

Sumqayıt şəhərində 7-12 yaşlı uşaqlar arasında keçiriləcək ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsi start götürüb. Fins.az xəbər verir ki, “Kapital Bank” layihənin rəsmi tərəfdaşıdır.

Layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Sumqayıt şəhərində və ətraflarında yerləşən 52 orta məktəb üzrə 100-dən artıq şagird iştirak edəcək.

Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

Qeyd edək ki, layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270