PR

«TuranBank» 24 yaşını qeyd edir
14 İYUN
108

«TuranBank» 24 yaşını qeyd edir

2016-06-14 09:43:00

Azərbaycanın ən uzunömrlü banklarından biri - 12 iyun 1992-ci ildə təsis edilən TuranBank cari ildə 24 yaşını qeyd edir. Öz fəaliyyətinə korporativ bank kimi başlayan Bank, sonrakı mərhələlərdə özünün inkişaf strategiyasında köklü dəyişiklik edərək korporativ müştərilərlə yanaşı əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən "universal bankçılıq" moduluna əsaslanaraq fəaliyyətini davam etdirib. Ötən illər ərzində inkişaf strategiyasına uyğun olaraq, öz institusional bazasını beynəlxalq təcrübəyə müvafiq sürətdə təkmilləşdirməklə bərabər, satış şəbəkəsinin sayını və səmərəliliyini artıran, kapitalının həcminin və aktivlərinin keyfiyyətinin yüksəldilməsinə nail olan Bank hazırda Azərbaycanın aparıcı maliyyə qurumlarından birinə çevrilib.

Artıq bu gün TuranBank 53 min müştəri bazasına malik, ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən 16 satış nöqtəsində çalışan peşəkar kollektivi ilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edən, cəmiyyət qarşında öz sosial məsuliyyətini fəxrlə daşıyan bir maliyyə qurumudur. 

Fəaliyyət illəri ərzində Bank müştəri və tərəfdaşları arasında sağlam və etibarlı bank imici yaratmağa müvəffəq olmuşdur. Məhz bu imic sayəsində Bank ölkədə kiçik və orta sahibkarlıq, ticarətin maliyyələşdirilməsi, müxbir əlaqələr və beynəlxalq ödəniş sistemləri kimi sahələrdə xarici qurumlarla məhsuldar əməkdaşlıq qurmuş və geniş partnyorlar şəbəkəsi formalaşdırmışdır. BMK (IFC), QDTİB (BSTDB), ÖSİİK (ICD), CommerzBank, Eco Ticarət və İnkişaf Bankı, BCP, responsAbility Investment AG, Invest in Vision, Mikrofinanzfonds, Cyrano Management, Sus Bee Finance və s. nüfuzlu beynəlxalq maliyyə institutları ilə həyata keçirilən birgə layihələr çərçivəsində cəlb olunmuş güzəştli maliyyə vəsaitləri əsasən ölkə üçün önəmli olan qeyri-neft sektorunun inkişafına ciddi töhfədir.

Respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan TuranBank əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların sosial-iqtisadi inkişafını dəstəkləməkdədir. 

Fəaliyyətinin əsas hədəfi müştəri məmnunluğu olan Bank mütəmadi olaraq müştəri xidməti keyfiyyətini artırmaq, göstərilən xidmətlərin çeşidini genişləndirmək və şərtlərini müştərilər üçün əlverişli etmək üzərində çalışır. 

Bankın inkişafında rolu olan kollektivimiz, tərəfdaş və səhmdarlarımıza, bizə etibar edən, güvənən hər bir müştərimizə öz dərin minnətdarlığımızı bildirir, yeni hədəflərə birgə çatmaq yolunda hər kəsə uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275