PR

NIKOIL Bank-ın komandasının hədəfləri bəlli oldu
07 İYUN
166

NIKOIL Bank-ın komandasının hədəfləri bəlli oldu

2016-06-07 17:48:00

NIKOIL Bankın alpinist klubu növbəti təlim-məşq toplanışına hədəf kimi Xızı rayonundakı Dübrar dağını seçib. Fins. az xəbər verir ki, bu dəfəki yürüşün əsas fərqli cəhətlərindən biri də kluba bank əməkdaşlarından təşkil olunmuş yeni üzvlərin daxil olması idi. Yürüş bir o qədər də çətin olmasa da kluba yeni daxil olmuş əməkdaşlar üçün əhəmiyyətli təcrübə qazandırdı.

Bir gün öncədən yağan güclü yağış məşğlərə təsir göstərib. Çətinliklərə baxmayaraq komanda bütün heyəti ilə birlikdə təxminən 2.5 saata 6-7 km məsafəni qət edərək müəyyən edilən hədəfə müvəffəqiyyətlə çatıb.. Ənənəvi olaraq Azərbaycan Respublikasının üçrəngli bayrağı və Bankın bayrağı ilə xatirə şəkili çəkdirdikdən sonra komanda üzvləri bazaya qayıdıblar.

Qeyd edək ki, NIKOIL Bank Azərbaycanda dağ idman yürüşlərinin təşkil olunmasında yaxından iştirak edir. İyul ayında komanda daha böyük heyət ilə Gürcüstan Respublikasının Gudairi rayonunda yerləşən hündürlüyü 3386 metr olan Muxadze (Gürcüstan, 3386 m.) zirvəsini yenidən fəth etməyi, avqust ayında isə Avropanın ən hündür zirvəsi olan Elbrus (RF, 5642 m.) zirvəsini fəth etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272