PR

Bazara yeni kart buraxıldı - 0% KOMİSSİYA İLƏ
07 İYUN
2595

Bazara yeni kart buraxıldı - 0% KOMİSSİYA İLƏ

2016-06-07 11:20:00

"Access Bank" ASC "Myсard" brendi altında yeni çoxfunksiyalı kartı istifadəyə verib. Artıq "Mycard"ı istifadə etməklə müştərilər bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlana bilərlər. "Mycard"ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, müştərilər kart hesablarında olan müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, eyni zamanda, Bank yeni xüsusi kampaniyaya start verib. Kampaniya müddətində "Myсard"ı istifadə edən bütün müştərilər "Access Bank"ın bankomatları və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər. Bankın bütün yeni və cari müştəriləri "Mycard" kartını, məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. "Access Bank" mikro, kiçik və orta ölçülü bisnesin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1 800-dən artıq əməkdaş çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272