PR

«AGBank» daha bir sosial layihəyə dəstək verdi
02 İYUN
102

«AGBank» daha bir sosial layihəyə dəstək verdi

2016-06-02 11:41:00

«AGBank» ASC -nin dəstəyilə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə Gənclərin Sağlam İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Autizm İdman və Yaşam Klubunda autizmli uşaqlar arasında fiziki hərəkətli yarışma təşkil olunub. Yarışmanın məqsədi autizmli uşaqların normal həyat tərzi keçirməsinə, onların digərləri ilə ünsiyyətə keçməsinə, ətraflarındakı dünyanı qəbul etməsinə yardımçı olmaqdan ibarətdir. “AGBank” autizmli uşaqların sosial adaptasiyası, bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən bu tədbiri dəstəkləməklə körpələrin cəmiyyətə inteqrasiyasına kömək edən bir addım atmış olub.

Ölkəmizdə maliyyə sektorunun aparıcı isimlərindən olan “AGBank” fəaliyyəti dövründə daim korporativ sosial məsuliyyət layihələrinə önəm verib. İndiyədək bankın təşəbbüsü və dəstəyilə uşaqlar və gənclərə yönəlik xeyli sayda sosial layihələr həyata keçirilib. “AGBank” tərəfindən uşaqlar arasında şahmat turniri, digər idman yarışmaları təşkil olunub. Gənclərin bilik və bacarıqlarının inkişafına xüsusi önəm verən “AGBank”-ın dəstəyilə tələbələr üçün çoxsaylı təlimlər, mübadilə proqramları təşkil olunub. Məhz bu sahədəki fəaliyyətinə görə "Gənclərə ən çox dəstək göstərən biznes təşkilatı" kimi “AGBank” "Fəxri gənc" mükafatına layiq görülüb. Ümumiyyətlə, bankın sponsorluğu ilə mədəniyyətimizin, incəsənətimizin və idmanımızın inkişafına yönəlik layihələr reallaşdırılıb.

“AGBank” bundan sonra da uşaq və gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasına imkan yaradın layihələri gerçəkləşdirəçək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272