PR

Azərbaycanda bank uşaqlara tapşırıldı - FOTOLAR
01 İYUN
718

Azərbaycanda bank uşaqlara tapşırıldı - FOTOLAR

2016-06-01 09:46:00

«Caspian Development Bank (CDB)» ASC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə olduqca maraqlı aksiya həyata keçirib. “Balaca bankirlər” adı altında baş tutan aksiyada uşaqlar bank işçilərinin vəzifələrini “icra” ediblər. 30-dan artıq azyaşlının qatıldığı tədbir maraqlı görüntülərlə yadda qalıb. 

Bankdan fins.az-a bildirilib ki, belə bir aksiyanın keçirilməsində əsas məqsəd uşaqlarda bank işinə maraq oyatmaq olub. 

«CDB Bank» yeni fəaliyyətə başlamasına baxmayaraq Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyət, eləcə də müştərilər qarşısında məsuliyyətini daim hiss edir və bu strategiyanı layiqincə həyata keçirir. Bu məsuliyyət çərçivəsində uşaqlara diqqət və qayğı nəinki yalnız 1 İyun tarixində, eləcə də  daim prioritet olaraq baxılır və gələcəkdə də Bank tərəfindən bu cür tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, CDB Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn yardım" xidmətinə müraciət etməklə əldə etmək mümkündür.

Eləcə də bax: Uşaqlardan bankirlərə təkliflər – TOPLANTI KEÇİRİBLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272