PR

NIKOIL | Bank yarışda 3-cü yer tutub
31 MAY
194

NIKOIL | Bank yarışda 3-cü yer tutub

2016-05-31 10:16:00

NIKOIL | Bank-ın yaxtinq üzrə komandası İdarə Heyətinin Sədri V.V.Xamazanın başçılığı ilə bu il, aprelin 30-dan mayın 7-nə qədər davam edən, Avropada yaxtaçılar üçün ən iri reqatalardan olan “Kabestan-Xorvatiya 2016” 20-ci yubiley reqatasında iştirak edib. Bu barədə fins.az-a bankdan bildirilib. 

Yubiley reqatasının iştirak edən yaxtaçıların ümumi sayı Azərbaycan, Rusiya, Qazaxıstan, İngiltərə, Almaniya, Fransa, İsrail, Ukrayna, Bolqarıstan və digərləri də daxil olmaqla, 20 ölkədən 300–dən çox olub, - ancaq ənənəvi olaraq, üstünlük Rusiyadan olan idmançılara məxsus olub. 4 divizionda: Beneteau First 45 və First 35, Hanse 445 və ORC Club Rule divizionunda 37 yaxta qeydə alınıb.

Bu reqata 2007-ci ildən keçirilir və 9 il ərzində bu yarışlarda dünyanın 25 ölkəsindən 3200-dən çox yaxtaçı iştirak edib. Reqatanın formatı – aktiv birgə istirahət elementləri ilə yarışdır. “Kabestan-Xorvatiya 2016” reqatasının rəsmi proqramı çərçivəsində - nişanlar üzrə gündəlik adrenalin yarışları və marşrut, spinaker master-klasslar (usta dərsləri) və ISAF (BYİF)-n beynəlxalq hakimlər tərəfindən yelkənli yarış qaydaları üzrə faydalı seminarlar keçirilib. 

Yarışın sonuncu mərhələsində NIKOIL | Bank-ın komandası 3-cü yeri tutub. Həmçinin qeyd etmək istəyirik ki, reqatanın iştirakçıları arasında 5 idman ustası, 1 Avropa çempionu və 1 Moskva çempionu olub. 

Aktiv və sağlam həyata tərzi  bu gün milli və xarici valyutalarda həyata keçirilən hesablaşma, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatları özündə ehtiva edən tam xidmətlər paketini təklif edən universal maliyyə-kredit təşkilatı olan  NIKOIL | Bank-ın komandasının gücünün, vəhdətinin və həmrəyliyinin ən mühüm simvollarından biridir. Bankın filial şəbəkəsi həm Bakı şəhərində, həm də Azərbaycanın regionlarında yerləşən 21 satış nöqtəsinə malikdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri  haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng vurmaqla və ya www.nikoil.az rəsmi saytında əldə etmək mümkündür. 

Sosial şəbəkədə bankın rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272