PR

Azərbaycanda kredit verilə biləcək sahələr - AÇIQLANDI
25 MAY
1086

Azərbaycanda kredit verilə biləcək sahələr - AÇIQLANDI

2016-05-25 14:44:00

Mayın 24-də Bakıda Moody's agentliyinin ölkədə və regionda aktual kredit risklərinin müzakirəsinə həsr olunmuş illik konfransı keçirilib. Fins.az xəbər verir ki, tədbirdə Dünya Bankının, bank və sığorta sektorlarının, investisiya idarəçiliyi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri, həmçinin müstəqil məsləhətçilər iştirak edib. Həmçinin konfransın spikeri qismində PAŞA Bankın Risklərin İdarəedilməsi üzrə Baş Direktoru Mənsur Məmmədov çıxış edib.

Tədbirdə Moody's agentliyinin ekspertləri makro-iqtisadi şəraitə, həmçinin son zamanlar Azərbaycan və region iqtisadiyyatında baş vermiş dəyişikliklərə həsr olunmuş təqdimatlarla çıxış ediblər. Maliyyə sektoruna bu və ya digər qaydada təsir göstərmiş tendensiyaları qiymətləndirməklə, agentliyin analitikləri konfransın iştirakçıları ilə maliyyələşdirmə mənbələrinin müxtəlifliyi, MDB ölkələri üçün valyuta risklərinin aktuallığı və digər mövzuları müzakirə ediblər.

Konfrans çərçivəsində həmçinin dünya neft bazarında dəyişkənlik və aşağı qiymətlərin Azərbaycanın biznes iqliminə və bank sektorunun inkişafına təsiri məsələlərinə həsr edilmiş ayrıca müzakirələr paneli keçirilib. Konfrans iştirakçıları qarşısında çıxış edən Mənsur Məmmədov iştirakçıların diqqətinə hökumətin həyata keçirdiyi bir sıra iqtisadi təşəbbüslərin artıq ölkənin işgüzar iqliminə və, ümumiyyətlə, iqtisadiyyatına öz müsbət təsirini göstərdiyini çatdırıb.

“Hazırkı makro-iqtisadi şərait iqtisadiyyatın qeyri-neft sektorunun, fərdi olaraq kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyaları, turizm kimi sahələrin inkişafı üçün geniş üfüqlər açır. Risklərin idarəedilməsi də daxil olmaqla müvafiq sahələrdə geniş təcrübəyə və peşəkarlığa malik PAŞA Bank isə öz növbəsində real sektorun etibarlı tərəfdaşı simasında çıxış etməyə hazırdır”, - deyə M. Məmmədov çıxışını yekunlaşdırıb.

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və 6 biznes-mərkəzlə təmsil olunan PAŞA Bankda 400-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunub, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275