PR

“PwC” CDB Bankda audit keçirib
18 MAY
178

“PwC” CDB Bankda audit keçirib

2016-05-18 14:22:00

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti (Pwc) tərəfindən Beynəlxalq Audit Standartları əsasında “Caspian Development Bank (CDB)” ASC-nin 2015-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib. Bankdan fins.az-a verilən məlumata görə, audit zamanı bankda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Bankın maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

Təhlilə əsasən bildirmək olar ki, 2015-ci il ərzində bankın aktivləri 129 060,73 min manat, kredit portfelinin həcmi isə 109 060,73 min manat təşkil edib. Depozit portfeli 2015-ci ilin yekunlarının nəticələrinə əsasən, 37 749,97 min manat təşkil edib. 

Ümumilikdə ötən ili "CDB Bank" 8 426,26 min manat mənfəətlə başa vurub.

Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, audit rəyində təqdim olunmuşinformasiyalardan sərbəst istifadəni təmin etmək məqsədilə 2015-i il üzrə audit rəyi (eləcə dəbankın illik hesabatı) CDB Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Hesabatlarla  dahaətraflı tanış olmaq üçün bu linkə daxil ola və ya 1545 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275