PR

AGBank-la “Arzularınızın səyahətini qazanın”
13 MAY
283

AGBank-la “Arzularınızın səyahətini qazanın”

2016-05-13 13:01:00

AGBank-ın Visa İnfinite, Visa Platinum və Visa Gold kart sahiblərinə xoş xəbər var. Belə ki, 2016-cı ilin aprel ayının 30-dan etibarən bu ilin 31 iyul tarixinə qədər keçirilən “Arzularınızın səyahətini qazanın” stimullaşdırıcı lotereya AGBank müştərilərinə dəyərli hədiyyələr qazandıracaq. Stimullaşdırıcı lotereyada iştirak etməklə siz 6 səyahət vauçeri və Sabina Perfumery&Cosmetics mağazalar şəbəkəsində 120 vauçerdən birini əldə edə bilərsiniz.

Lotereyaya qoşulmaq isə çox sadədir. Visa Gold və ya Visa Platinum və ya Visa Infinite bank ödəniş kartları ilə Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin, İnternet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 AZN məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla siz lotereyanın iştirakçısına çevrilirsiniz. Lotereyanın şərtləri haqqında https://www.visa promotions.com/promotions/premiumaz/register.jsp saytından daha ətraflı tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, 1992-ci ildə faliyyətə başlayan AGBank “VISA International” beynəlxalq ödəmə sisteminin mühüm üzvüdür. Bank müştərilərinə Visa Infinite,Visa Platinum,Visa Electron,Visa Virtual,Visa Gold,Visa Classic,Visa Gift Card kartlarını təqdim edir. Visa - kart sahiblərini, ticari-xidmət müəssisələrini, maliyyə və hökumət təşkilatlarını dünyanın 200-dən çox ölkəsində sürətli, təhlükəsiz və etibarlı elektron ödəmə şəbəkəsi ilə təmin edən qlobal ödəniş sistemidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271