PR

Azərbaycan yaxın 25 il üçün planlarını açıqlayır
11 MAY
353

Azərbaycan yaxın 25 il üçün planlarını açıqlayır

2016-05-11 15:46:00

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar şurasının 25-ci İllik iclası, habelə eyni vaxta təsadüf edən beynəlxalq işgüzar forum açıq elan edilib. Fins.az xəbər verir ki, bu barədə PAŞA Bankın açıqlamasında bildirilir. 

Məlumata görə, bu il işgüzar forumun bütün tədbirləri “Növbəti 25 il üçün dəyişiklikləri müəyyən edirik” adı altında keçirilir. Bu tədbirlərdə qısa və orta müddətli perspektivdə AYİB-nın fəaliyyət göstərdiyi regionun üzləşə biləcəyi risklər və problemlər, dayanıqlı inkişaf, enerjidən səmərəli istifadənin təmin edilməsi, özəl sektorun inkişaf etdirilməsi və digər bu kimi məsələlərin müzakirə edilməsi gözlənilir. 

Ənənəyə uyğun olaraq, işgüzar forum çərçivəsində region ölkələrinə həsr olunan xüsusi iclaslar təşkil olunub. Bu iclasları keçirməkdə əsas məqsəd həmin dövlətlərin iqtisadi potensialını və sərmayə imkanlarını xarici tərəfdaşlara nümayiş etdirməkdir. Biznes fəaliyyət üçün əlverişli imkanlar haqqında müfəssəl məlumatın təqdim edilməsi ilə yanaşı, bu iclaslar çərçivəsində dövlət idarələrinin, maliyyə qurumlarının məruzəçilərinin və işgüzar dairələrin digər nümayəndələrinin iştirakı ilə fəal müzakirələr keçirilir. 

Bu il birinci iclas Azərbaycanda işgüzar mühitə və onun inkişaf etdirilməsi imkanlarına həsr olunmuşdur. Ölkənin İqtisadiyyat və Sənaye Nazirliyi, PAŞA Bank, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan İnvestisiya Şirkəti, Holcim şirkəti və s. kimi dövlət strukturları və özəl təşkilatların nümayəndələri bu tədbirdə natiq qismində çıxış etdilər. 

Bu iclasda natiq qismində çıxış edərkən, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Azərbaycan bank sektorunun carı vəziyyəti və onun gələcək inkişaf perspektivləri haqqında tədbir iştirakçılarına öz fikirlərini çatdırıb. 

«Dünyada müşahidə olunan makroiqtisadi problemlərin kəskinləşməsi və neft qiymətlərinin aşağı düşməsi fonunda, dövlət tərəfindən bir sıra iqtisadi təşəbbüslərin həyata keçirilməsi fərdi olaraq biznes mühitinə, ümumilikdə isə iqtisadiyyata müsbət təsir göstərməkdədir. Yerli sahibkarların dəstəklənməsinə, xüsusilə qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəlmiş iqtisadi islahatlar tam sürətlə həyata keçirilir; gömrük və vergi orqanlarının uğurlu islahatları davam etdirilir, bu isə ölkədə investisiya mühitinin yaxşılaşmasına mütləq təsir göstərəcək. Öz növbəsində PAŞA Bank ölkənin aparıcı banklarından biri olaraq qeyri-neft sektorunun sahibkarlarını fəal surətdə dəstəkləyir və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Maliyyə tərəfdaşı qismində öz mövqeyimizi gücləndirərək biz öz müştərilərimizin hər birinə fərdi yanaşırıq və real sektorun dəstəklənməsini davam etdirməyə və müştərilərimizə regional və beynəlxalq arenada bu biznes fəaliyyətləri üçün rəqabət qabiliyyətli üstünlüklərdən bəhrələnmələrinə dəstəklənməyə hazırıq”, - deyə PAŞA Bankın rəhbəri öz fikrini yekunlaşdırıb. 

Qeyd etmək lazımdır ki, hər il AYİB-nın işgüzar forumunda dünyanın 65-dən çox ölkəsindən olan müxtəlif dövlət və özəl strukturların 2.000 nəfərdən çox nümayəndəsi iştirak edir. Forum sabah, 12 may tarixində başa çatacaq. 

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və 6 biznes-mərkəzlə təmsil olunan PAŞA Bankda 400-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunub, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275