PR

NIKOIL | Bank Böyük Vətən Müharibəsi veteranlarını təbrik etdi
06 MAY
290

NIKOIL | Bank Böyük Vətən Müharibəsi veteranlarını təbrik etdi

2016-05-06 18:02:00

Faşizm üzərində Qələbə gününün şərəfinə NIKOIL | Bank -ınkollektivi bir sıra xeyriyyə və sosial tədbirlər həyata keçirib. Bankdan fins.az-a verilən məlumata görə, NIKOIL | Bank -ın maliyyə dəstəyi ilə Bakı şəhərində yerləşən Rus Mədəniyyət Mərkəzində  "Dinamiks" vokal ansamblının  "Oxu əsgər, öz əsgər yolun haqqında" adlıqastrol konsertinə start  verilib. Konsert aprelin 27-dən mayın 15-dək davam edəcək və Bakı şəhəri daxil olmaqla Azərbaycanın bir sıra şəhər və regionlarında keçiriləcək.

NIKOIL | Bank  faşist işğalçıları üzərində qələbənin əldə edilməsində əvəzsiz tövhəsini verən veteran müştərilərini vəBankın əməkdaşlarının birbaşa qohumlarınada unutmayıb. Bank tərəfindən qiymətli hədiyyə ilə yanaşı, hər bir veterana maddi yardım göstərilib.

Növbəti tədbir isə artıq ənənəvi xarakter daşıyan Leninqrad Mühasirəsi İştirakçıları (hazırda Sankt-Peterburq) İctimai Birliyinin üzvləri ilə görüş olub. Bayram ziyafəti zamanı hər bir mühasirə iştirakçısına Bank tərəfindən maddi yardım təqdim edilib.

Xatırladaq ki, 1941-1945-ci illər ərzində 600 000-ə yaxın azərbaycanlı sovet ordusu sıralarına çağırılıb və təxminən yarısı cəbhədə gedən döyüşlərdə həlak olub.

NIKOIL | Bank  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank - ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:  https://www.facebook.com/bank.nikoil   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272