PR

Məşhur şirkətdən azərbaycanlı velosipedçiyə dəstək
05 MAY
368

Məşhur şirkətdən azərbaycanlı velosipedçiyə dəstək

2016-05-05 16:54:00

Velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Tural Abbasov səfər boyu “Bakcell”in intrenet, zəng və SMS xidmətindən istifadə edəcək. Bu barədə fins.az-a Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkətindən bildirilib. 

2016-cı ilin yanvarında Bakıdan Çin istiqamətində yola düşən velosipedçi səyyah  artıq 10200 km-dən çox məsafə qət edərək  Orta Asiyadan keçib. Hazırda Tailandda olan Tural  “Bakcell”in rouminq xidməti vasitəsilə öz səyahət təcrübəsini http://velotural.az/ vəhttps://www.facebook.com/velotural/ səhifələrində bölüşür. 

 “Səfər zamanı güvənli və keyfiyyətli mobil rabitə çox vacib amillərdən biridir. Rouminq xərclərimi öz üzərinə götürdüyünə görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm. Bu, mənim üçün  maddi dəstəkdən  daha çox  velosiped  və velosəyahət mədəniyyətinin inkişafına və təbliğinə verilən töhfənin, mənim və mənim kimi insanların işinə olan diqqətin nümunəsidir. Bu yaxşı göstəricidir və ümid edirəm ki, Azərbaycandakı başqa şirkətlər də Bakcell şirkətindən nümunə götürəcək”,-deyə Tural Abbasov bildirib. 

Azərbaycanlı velosəyyahın səfər təəssüratlarını həmçinin “Bakcell”in rəsmi “Facebook” səhifəsindən izləyə bilərsiniz: https://www.fb.com/Bakcell/ 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçünwww.bakcell.com/en/news) səhifəsinə daxil olun. 

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275