PR

AGBank-da tələbələrə təlim keçirildi
05 MAY
267

AGBank-da tələbələrə təlim keçirildi

2016-05-05 11:53:00

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə savadlılığı” layihəsi çərçivəsində bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminarları davam etdirir. Layihə iştirakçıları üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər də təşkil olunur.

3 May 2016-cı il tarixində bu layihə çərçivəsində AGBank-da müxtəlif universitetlərin tələbələri üçün maraqlı təlimlər təşkil olunub. Tədbir zamanı AGBank-ın mütəxəssisləri bu maliyyə təşkilatının fəaliyyəti haqqında layihə iştirakçılarına ətraflı məlumat veriblər.

Təlimdə AGBank-ın Sənədli əməliyyatlar şöbəsi, Kredit Risklərin Gündəlik İdarəedilməsi Şöbəsi, Müştəri Xidməti Departamentınin və İnsan Resursları Departamentinin işçiləri çıxış ediblər. Onlar gələcəyin iqtisadçılarını maliyyə savadlılığı, büdcə planlaşdırılması, bank məhsulları, sahibkarlıq və sair mövzularla əlaqədar ümumi bilgilərlə tanış ediblər.

Tədbirdə tələbələrə istehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər və əmanətlərin sığortalanması, nağd pul kreditləri, müddətli əmanətlər, mikromaliyyənin əhəmiyyəti, məsuliyyətli borclanma və digər bank əməliyyatları haqqında ətraflı məlumat da verilib. Bir gün davam edən təlimin sonunda interaktiv müzakirə zamanı tələbələr onları maraqlandıran sualları bank mütəxəssislərinə ünvanlayıblar.

Təlimdə Baki Dövlət Universiteti, Dövlət İqtisad Universiteti və Xəzər Universitetinin tələbələri iştirak ediblər. Təlimin əsas məqsədi tələbələrə maliyyə savadlılığının əsasları barədə zəruri biliklərin verilməsindən ibarətdir.

Qeyd edək ki, Mərkəzi Bankın “Maliyyə savadlılığı” layihəsi çərçivəsində indəyədək 100-dən çox tələbə iştirak edib. Onlar arasında daha yüksək nəticə göstərən gənclər növbəti turlarda iştirak haqqı qazanıb. Müsabiqənin son mərhələsində, yekun test imtahanında ən yüksək nəticə göstərmiş 10 tələbə isə banklarda təcrübə keçmək haqqını əldə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275