PR

“AXA MBASK” uşaqlar üçün layihə həyata keçirir
04 MAY
218

“AXA MBASK” uşaqlar üçün layihə həyata keçirir

2016-05-04 12:34:00

“AXA MBASK” sığorta şirkətinin təşəbbüsü, Təhsil Nazirliyinin və community.az saytının dəstəyi ilə “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib. Şirkətdən fins.az-a verilən məlumata görə, layihə “Məktəb icmaları” layihəsi çərçivəsində Şəki və Quba şəhərlərində reallaşdırılır.

Layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular üzrə təlimlər keçirilib. Təlimlərdə artıq 350 nəfərdən çox uşaq iştirak edib. İştirakçılar arasında Şəki şəhərinin 5, 8, 10, 11 və 14 saylı tam orta məktəb və Quba şəhərinin 1, 2, 3 və 5 saylı tam orta məktəbinin valideyn, şagird və müəllimləri var.

Təlimlər community.az – məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqlar tərəfindən keçirilib. “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliyinin artırılmasından ibarətdir.

AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274