PR

«Səndən 1 dənədir»in sirri açıldı - VİDEO
29 APREL
1849

«Səndən 1 dənədir»in sirri açıldı - VİDEO

2016-04-29 12:17:00

«Kapital Bank» artıq uzun müddətdir ki, sosial şəbəkələrin sevimlisinə çevrilmiş «Səndən 1 dənədir» kampaniyasının sirrini açıb. Bu gün keçirilən təqdimat mərasimində bankın yeni məhsulları açıqlanıb. Fins.az-ın məlumatına görə, bankın «BirKart» adlı kartları buraxılıb. Yeni kartlar öz unikallığı ilə seçilir. Belə ki, bu kartda bankın 6 məhsulu birləşdirilib.

Belə ki, «BirKart» eyni vaxtda taksit, kredit, bonus, debet, depozit və maaş kartı funksiyasını yerinə yetirəcək. Məhsulu təqdim edən departamenti müdiri İqbal Rüstəmov bildirib ki, bankın apardığı araşdırmalar göstərib ki, bir neçə kartı gəzdirmək insanlar üçün rahat deyil, onlar bütün məhsulların bir kartda birləşməsi istəyi var: «Buna görə də belə məhsul buraxdıq». Yeni kartlar artıq mayın 1-dən bazara buraxılır.

"BirKart" üç növdə buraxılacaq. Bunlar adi «1 kart», «1 kart Gold» və «1 kart Platinium»dur. Hər üç kartla kredit xətti aşmaq olar. Bu kartlar arasındakı fərq kredit xəttinin həcmi ilə bağlıdır. Adi «1 kartı» «Kapital Bank»dan maaş və pensiya alanlar əldə edə bilərlər. «1 kart Gold» və «1 kart Platinium»u isə digər əhali qrupu ala bilər. Qeyd edildiyi kimi, kartlarda taksit, kredit, bonus imkanları olacaq. Bir neçə kartın balansı vahid kartda oturacaq.

Bonus isə konkret məbləğdə veriləcək, eləcə də kreditdə güzəşt müddəti, komissiyasız nağdlaşma və bonus qazanmaq imkanı nəzərdə tutulub. Başqa sözlə, indiki «Kapital kart» sahibləri öz istəkləri ilə bütün əməliyatlarını bir karta miqrasiya edə bilərlər.

Qeyd edək ki, «Kapital Bank»ın bu məhsullarının təqdimatına bir neçə həftə əvvəldən «Səndən 1 dənidir» kreativ reklamla başlanıb. Bununla bağlı hazırlanmış səhifədə indiyədək 100 min nəfər qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271