PR

Azərbaycanda elektron ticarətin lider bankı açıqlandı
28 APREL
237

Azərbaycanda elektron ticarətin lider bankı açıqlandı

2016-04-28 09:53:00

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ilin nəticələrinə əsasən, Mərkəzi Bankın keçirdiyi müsabiqədə "Elektron ticarətin inkişafında lider bank" nominasiyasının qalibi elan olunub. Bankdan fins.az-a verilən məlumata görə, "Təmassız ödəniş kartları üzrə lider bank" və "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" nominasiyalarında da ABB lider olub.

Qeyd edək ki, ötən il Beynəlxalq Bankın elektron xidmət şəbəkəsiilə ümumi dövriyyəsi 51 872 568 manat olan 2 231 816 əməliyyat aparılıb. Əməliyyatların 1 609 684-ü ATM-lər, 24 750-i İnternet-bankçılıq, 757-i bank köşkləri, 596,625-i MobilBank xidmətləri vasitəsilə yerinə yetirilib.

Hazırda bankın aktiv ödəniş kartlarının sayı 1 248 745, ATM-lərinin sayı isə 737-dir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11 mindən çox POS terminalı müştərilərin istifadəsindədir.

“VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını da ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı 2013-cü ildən tətbiq etməyə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272