PR

AXA Mbask yeni layihəyə başlayır
27 APREL
196

AXA Mbask yeni layihəyə başlayır

2016-04-27 14:08:00

Təhsil Nazirliyinin dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib.

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi üçün “Məktəb icmaları”nın rəsmi saytında (WWW.COMMUNITY.AZ) müxtəlif mövzularda olan təlimlər üzrə müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular seçilib.

Təlimlərdə 2000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Layihənin və təlimlərin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır. Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 45 təlim keçiriləcək.

Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliyinin artırılmasından ibarətdir.

AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271