PR

Kart ödənişlərində yenilik var - PİN KOD LAZIM DEYİL
22 APREL
682

Kart ödənişlərində yenilik var - PİN KOD LAZIM DEYİL

2016-04-22 11:33:00

Azərbaycanın təmassız kart bazarında yenilik var. Kapital Bank «PayPass» təmassız texnologiyanı dəstəkləyən kart buraxıb. Artıq bankın müştəriləri MasterCard beynəlxalq ödəniş sisteminə aid belə kartları əldə edə bilərlər.

Yeni kartın mühüm xüsusiyəti – kiçik ödənişlər üçün PİN kodun tələb edilməməsidir. Belə ki, MasterCard Standard və MasterCard Platinum əsasında olan kartlar vasitəsilə müştərilər 20 manata qədər olan ödənişlərini, kartı POS terminala yaxınlaşdırıb bir toxunuşla edə bilərlər. Bu məbləğə qədər ödənişlərdə PİN kod tələb olunmur və ödənişlər dərhal həyata keçir. Əgər ödəniş 20 manatdan yuxarıdırsa, bu zaman PİN kod tələb olunur və adi qaydada nağdsız ödəniş edilir.

Qeyd edək ki, MasterCard əsasında olan təmassız kartlar dünyanın əksər ölkələrində geniş istifadə olunur və müştərilərin vaxt itkisini aradan qaldırır. Üzərində xüsusi fərqlənmə nişanı olan təmassız kartları Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Kartların müddətindən asılı olaraq qiyməti 40, 60 və 80 manatdır.

Müştərilərin rahatlığına və xidmət keyfiyyətinin artırılmasına böyük önəm verən Kapital Bank, bu istiqamətdə bir sıra yeniliklər tətbiq edir. Yeni və rahat filialların açılması, həmçinin müştərilərə minimal vaxt ərzində, fasiləsiz xidmət göstərilməsi bunun bariz nümunəsidir. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274