PR

Biznesə 80%-lik dəstək başladı – YENİ BANK XİDMƏTİ
19 APREL
441

Biznesə 80%-lik dəstək başladı – YENİ BANK XİDMƏTİ

2016-04-19 11:57:00

Son dövrlər yaranmış yeni iqtisadi şəraitdə, post neft bankçılığının inkişafı,  qeyri-neft sektorunda ixracın artırılması daha böyük əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq, CDB Bank sahibkarlara yeni Faktrorinq xidməti təklif edir. Bankdan fins.az-a verilən məlumata görə, xidmətin özəlliyi ondan ibarətdir ki, Satıcı və Alıcı münasibətlərinin inkişafında bank tərəfi də öz töhvəsini verir.

Belə ki, Bank Satıcılara debitor borclarının 80%-dək həcmində vəsaitlərin dərhal əldə edilməsini və Alıcılara dövriyyə vəsaitlərinin daha səmərəli istifadə olunmasını təmin edir. Aşağıdakı sxemdə faktorinq xidməti təfərrüatı ilə qeyd olunub.

 

1. Satıcı malları Alcıya təhvil verir

2. Satıcı təhvil sənədlərini Banka təqdim edir

3. Bank malın dəyərinin 80%-ni Satıcıya ödəyir

4. Alıcı müəyyən olunmuş vaxtda vəsaiti Banka ödəyir

5. Bank məbləğin qalan hissəsini Satıcıya ödəyir

Ətraflı məlumatı bu linkə daxil olmaqala, 1545 Məlumat Mərkəzinə zəng etməklə və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/bankcdb  daxil olmaqla əldə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275