PR

AccessBank inşaat bazarına pul qoyacaq
18 APREL
325

AccessBank inşaat bazarına pul qoyacaq

2016-04-18 14:10:00

AccessBank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə həyata keçirdiyi birgə maliyyələşdirmə layihəsi çərçivəsində uzun müddət əməkdaşlıq etdiyi Eurohome şirkəti ilə ilk kredit müqaviləsini imzalayıb. Bankdan fins.az-a verilən məlumata görə, Azərbaycanda yeni inşaat bazarlarının inkişaf etdirilməsi məqsədilə AYİB-lə birlikdə Eurohome şirkətini maliyyələşdiriləcək.

“Biz yaxın tərəfdaşımız və təsisçimiz olan AYİB-lə birlikdə icra etdiyimiz birgə maliyyələşdirmə layihəsini alqışlayırıq. Bu layihə təşkilatlarımız arasında sıx əməkdaşlığı əks etdirir. Eurohome Azərbaycanın inşaat materialları bazarının güclü və təcrübəli iştirakçısıdır. Birgə maliyyələşdirmə xətti üzrə dəstəklənən layihə iqtisadi cəhətdən gərgin dövrdə uzaqgörən sərmayə qoyuluşunun bariz nümunəsidir” - AccessBank adından İdarə Heyətinin sədri Michael Hoffmann deyib.

«Biz AccessBank-la birlikdə Eurohome şirkətini dəstəkləməkdən məmnunuq. Özəl qeyri-neft sektoru üçün mürəkkəb olan hazırki dövrdə iqtisadiyyatı diversifikasiya etmək məqsədilə rəqabət qabiliyyətli, müstəqil şirkətlərlə əməkdaşlığı davam etdirmək çox əhəmiyyətlidir» - AYİB Azərbaycanın Bakı Ofisinin rəhbəri Neyl Makkeyn çıxışında qeyd edib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank Azərbaycanda aparıcı universal bank olaraq mikro və orta ölçülü bizneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan bBankda 1800-ə yaxın əməkdaş çalışır və tam çeşidli xidmətlər təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272