PR

Cəbhə bölgəsinə pul göndərişləri komissiyasız oldu
18 APREL
323

Cəbhə bölgəsinə pul göndərişləri komissiyasız oldu

2016-04-18 10:51:00

"AtaBank" son günlər cəbhə xəttində döyüşlərin intensiv getdiyi Ağdam, Füzuli və Tərtər şəhərlərinə Azərbaycanın müxtəlif bölgələrindən göndərilən pul vəsaitlərinin həcminin artdığını nəzərə alaraq "Xəzri" sistemi vasitəsilə göndərilən pul köçürmələri üzrə xidmət komissiyasını ləğv edib. Bankdan fins.az-a verilən məlumata görə, bu güzəşt həmçinin Ağdam, Füzuli və Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də şamil edilir. Xatırladaq ki, Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi Kapital Bank tərəfindən 2007-ci ildə yaradılıb. "AtaBank" ölkədə bu sistemə qoşulan ilk bankdır. "Xəzri" təcili pul köçürmə sisteminin Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında 3500-dən artıq məntəqədə mövcuddur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271