PR

Bakcell növbəti “Smart Start” təcrübə proqramına start verir
15 APREL
316

Bakcell növbəti “Smart Start” təcrübə proqramına start verir

2016-04-15 18:12:00

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi “Smart Start” təcrübə proqramının yeni mövsümünün açılışını elan edir. Şirkətdən fins.az-a verilən məlumata görə, bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir.

Ənənəyə sadiq olaraq, şirkət təcrübə imkanlarını karyeralarının müxtəlif mərhələlərini keçən bütün şəxslər üçün təqdim edir. Bu ödənişli təcrübə proqramı həftədə 5 iş günü olmaqla 2016-cı ilin iyul ayından sentyabr ayınadək davam edəcək.

Bütün ərizələr 2016-cı ilin 20 aprelindən 10 mayadək təqdim edilməlidir. 2016-cı il 16 maydan 16 iyunadək keçiriləcək ilkin seçim prosesində namizədlər sınaq və qrup müsahibələrinə dəvət olunacaqlar.

17 iyundan başlayaraq, təcrübə keçənlərin seçimi üzrə komitə bütün uyğun namizədlərlə fərdi və sahələr üzrə müsahibələr keçirəcək. Bu proses 27 iyunda başa çatdırılacaq və “Smart Start” proqramının uğurlu namizədləri 01 iyul 2016-cı ildə elan ediləcək.

Təcrübə proqramına başlamazdan əvvəl bütün seçilmiş namizədlərə Bakcell şirkəti tərəfindən daxili təlimlər keçiriləcək.

Faktiki proqram 2016-cı il 01 iyulda başlayacaq və 01 sentyabrda başa çatacaq.

Bu 2 aylıq dövr ərzində təcrübə keçənlər səmimi işçi heyətinin üzvləri kimi şirkətin gündəlik əməliyyatlarına fəal surətdə cəlb olunacaqlar.

Təcrübə proqramında iştirak etmək üçün namizəd aşağıdakı keçiddən istifadə edərək ərizə formasını doldurmalıdır: http://developtalent.bakcell.com/az

2015-ci ildə “Smart Start” təcrübə proqramında iştirak etmək üçün Bakcell şirkətinə 2000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc Bakcell şirkətində işlə təmin olunmaq imkanı əldə ediblər.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272