PR

Savab qazanmaq istəyənlər üçün sığorta başladı - YENİLİK
14 APREL
632

Savab qazanmaq istəyənlər üçün sığorta başladı - YENİLİK

2016-04-14 17:22:00

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Standard Insurance” sığorta bazarında maraqlı yeniliyə - «Sığortaya rəng qat» xeyriyyə aksiyasına start verib.

Aksiyanın şərtlərinə əsasən, “Standard Insurance” müştərilərlə bağlanmış hər avtomobil, əmlak və səyahət sığorta müqaviləsinin dəyərinin 5%-ni xeyriyyəçilik fondlarına köçürəcək. Başqa sözlə, şirkətin müştəriləri özlərini sığortalamaqla yanaşı, həm də əlavə xərc çəkmədən xeyriyyəçiliklə də məşğul ola biləcəklər. 

Beləliklə, rəngli şəhadətnamələr avtomobil, əmlak və səfər sığortasını əhatə edəcək. İstənilən şəxs bu üç növdən birini əldə edərkən üç rəngdən birini seçə bilər.

Göy rəngdə blanklar üzrə yığılan məbləğ məktəb icmalarının inkişaf fonduna yönəldiləcək. Qırmızı rəngli blanklar hesabına yığılan vəsaitlər qan bankının yardım fonduna köçürüləcək. Yaşıl blanklar üzrə toplanan məbləğ ətraf mühitin qorunmasına yönəldiləcək. 

Aksiyanın partnyorları 

“Məktəb icmaları” birliyi Azərbaycan Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Birliyin yaradılmasının əsas məqsədi, ölkədə uşaqların hərtərəfli inkişafına dəstək, məktəblə valideyn arasında əlaqələrin genişləndirilməsi, şagirdlərin bilik və bacarıqları ilə bərabər, onların qabiliyyətlərini aşkar edərək inkişaf etdirilməsindən ibarətdir. 

“LAYF” Xeyriyyə İctimai Birliyi tibb və təhsil sahəsində ehtiyac sahiblərinə kömək məqsədi ilə yaradılmışdır. Birlik tərəfindən 3 layihə həyata keçirilməkdədır:

-           Təhsilə dəstək

-           Sağlam həyat

-           Qəhrəman Donorlar

“Təbiət Dostları” Gənclər Təşkilatı 2008-ci ildə yaradılıb. Təşkilat ətraf mühitin mühafizəsi istiqamətində müxtəlir tədbirlər təşkil edir. 

Bu 3 təşkilatın hər birinin hesabları və onlar barədə məlumatlar şirkətin saytında əksini tapıb. Eyni zamanda hər bir satılan polis (icbari polislərdən istisna olmaqla) və onlara yönəldilən məbləğ də burada əksini tapacaq. Nəticədə bütün müştərilər ödədiyi sığorta haqqının hansı hissəsinin necə sərf edildiyini şəffaf şəkildə görə biləcək. 

Ən maraqlısı odur ki, bu yenilik nəticəsində müştərilər əlavə xərcə düşməyəcək, sadəcə onların ödədikləri pulun bir hissəsi xeyriyyə məqsədləri üçün sərf ediləcək. «Ola bilər ki, çoxları bu işi, yəni yardımları etmək istəyirdi, amma buna imkan tapa bilmirdilər, indi isə «Standard İnsurance»də sığortalanmaqla bunu da edə biləcəklər»-deyə şirkətdən bildirilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275