OXU ZALI

Yeni əsər kəşf etməli
07 DEKABR
77

Yeni əsər kəşf etməli

2017-12-07 11:08:00

Əminəm ki, hər birinizin oxumuş olduğu çoxlu sayda əsərlər var. Bəlkə bir-birimizlə paylaşaq həmin əsərləri?  Mən oxuduğum, lakin çox da tanınmayan və sizlərin də oxumanızı istədiyim bəzi kitabları yazmaq niyyətindəyəm və ümidvaram ki, siz də şərhlərdə mənə öz oxuma tövsiyələrinizi verəcəksiniz.
1. Nikos Kazancakis — Zorba.
Həyat eşqi aşılayan bir kitab. Oxuduqdan sonra insanın psixikasında dərin iz buraxmağı bacarır və dəyişmək arzusuyla alışıb yanırsan. Gündəlik həyatda nə qədər mənasız şeylərə vaxt xərclədiyini, əsl həyatın bu olmadığını əminliklə görürsən. Azərbaycanca tərcümə edilməyib deyəsən bu kitab, türkcə tərcüməsi çox gözəl idi.
2. İvan Qonçarov — Adi əhvalat
Həqiqətən də çox möhtəşəm ad seçimidi, tam mətnə uyğun. Amma səbəbini bilmirəm (bəlkə də yeniyetməlik çağımda oxumuşdum deyə) bu əsər məni olduqca təsiri altına aldı.
3. Viktor Hüqo — Edam məhkumunun son günü
Nə Səfillər, Nə Paris Notr-Dam kilsəsi nə də digərləri. Təkcə bu kiçik əsəri oxumaqla Hüqonu sevmək mümkündür. Hətta oxuduqdan sonra mənə nədənsə elə gəldi ki, bu əsər Kamyunun «Yad»ına da təsirsiz ötüşməyib.
 4. Fyodor Dostoyevski — Bəyaz gecələr Qısa ama kitabı yerə qoyduqdan sonra nə hiss keçirəcəyimi bilmədiyim, dəqqiqələrcə hadisə haqda düşünüb doğru qərar verməyə çalışdığım əsər idi
5. Və sizə ümümən Per Lagerkvistin və Henrix Böllün əsərlərinə dalmağı məsləhət görərdim.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288