OXU ZALI

“Müştəri Məmnuniyyəti”ndən bəhs edən kitab çıxdı
19 DEKABR 2016
297

“Müştəri Məmnuniyyəti”ndən bəhs edən kitab çıxdı

2016-12-19 12:16:00

Arzu Qafarlının müəllifi olduğu “Müştəri Məmnuniyyəti” adlı kitabın təqdimatı və imza günü keçirilib.  Müəllif bildirib ki, müasir marketinqin tələbi olan Müştəri Məmnuniyyəti, bu gün müəssisələrin planında ön sıradadır.

Əvvəllər şirkətlər tək satmağa çalışırdılarsa indi isə bununla yanaşı müştərini qoruyub saxlamağı da düşünürlər. Bu gün bizim bazarda müştərinin məmnun qaldığı onlarla istehsal, xidmət sahəsində fəaliyyət göstərən  müəssisələrin adlarını açıqlamaq olar. Bununla yanaşı bu brendlər “Made in Azerbaijan” adı ilə xaricdə belə müştərilərin rəğbətini qazanıblar. Inanırıq ki, bu kimi müəssisələrimizin sayı yaxın illərdə daha da çox olacaq.

Müəllif onuda qeyd etdi ki, güclənən sağlam bazar rəqabətində müəssisələr çalışmalıdır ki, müştərilərin daha çox rəğbətini qazansınlar.

Bunun üçün müəssisələr  məhsulun keyfiyyəti ilə yanaşı, müştəriləri üçün yaxşı xidməti daim təşkil etməlidir. Müəssisələr yaxşı xidmət üçün müştəri ilə  təcrübəli mütəxəssislərini üzə-üzə qoymalıdır. Bu sahədə işləyən mütəxəssislərə daim təlimlər, seminarlar və kitablarla təmin etməlidir. 

Müəllifi onuda vurğuladı ki, Kitabda bu sahənin dahada inkişaf etdirilməsində ən başlıca lazım olan mövzulara toxunulub və məsləhətlər verilib. Bu sahədə işləyənlər kitabdan yararlanaraq öz nəzəri və praktiki biliklərini daha da artıra bilərlər.

YAP Gənclər Birliyinin Sədri  Seymur Orucov bildirdi ki,  müştəri həmişə baş tacı olub. Müştəri ilə elə davranmaq lazımdır ki, o özünü ən üst səviyyədə hiss etsin. Əgər müştəri yoxdursa deməli satışda yoxdur. Müştəri narazı olsa, arada olan münasibət düzgün qurulmasa nəticədə satış və gəlir aşağı düşür.

Təqdimatda iştirak edən müxtəlif şirkət rəhbərləri müştəri məmnuniyyətinə toxunaraq bu kimi kitabların çox vacib olduqlarını vurğulayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298