OXU ZALI

Startapçılar üçün yeni kitab – ÖZ BİZNESİNƏ BAŞLA
06 OKTYABR
469

Startapçılar üçün yeni kitab – ÖZ BİZNESİNƏ BAŞLA

2016-10-06 15:25:00

Sahibkarlığın inkişaf etdirilməsinin vacib elementlərindən biri gələcək aktiv həyat mövqeyinin aşılanması və yeni nəsil iş adamlarının yetişdirilməsidir. Bu fəaliyyətdə hökümət strukturları ilə yanaşı, biznes qurumlarının və ictimai təşkilatların üzərində də böyük məsuliyyət düşür. Azərbaycan Banklar Assosiasiyası ölkədə sahibkarlığı təbliğ etməklə qeyri-neft iqtisadiyyatının inkişafı üçün həlledici əhəmiyyət daşıyan kiçik və orta biznesin genişlənməsinə dəstək olur.

Təlim və tədris sahəsindəki təşəbbüslərə növbəti töhfəsini vermək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə ABA, Rəyasət Heyəti üzvlərinin qərarı ilə “Uğura inan, öz biznesinə başla” adlı biznes-bələdçinin nəşrinin maliyyələşdirilməsini öz üzərinə götürmüşdür.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, kitab artıq nəşr edilmişdir. Kitabın gənc nəslin inkişafında rolu haqqında müəllifi Elşən Bədirxanovun iştirakı ilə 7 oktyabr tarixində saat 16:00-da “Asan Radio”-da veriliş yayınlanacaq.

Nəşrin təqdimat mərasimi isə 8 oktyabr 2016-cı il, saat 12:00-da 3 saylı ASAN Xidmət Mərkəzində keçiriləcək. Bütün təşkilati işləri “Asan Könüllüləri” təşkilatı öz üzərinə götürüb. Giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275