OXU ZALI

"Yoldançıxarma sənəti" - BİZNES QİRAƏT
28 DEKABR 2015
964

"Yoldançıxarma sənəti" - BİZNES QİRAƏT

2015-12-28 11:11:00

Fins.az "Oxu zalı" rubrikası çərçivəsində mütəmadi olaraq Bakıda satışda olan biznes ədəbiyyatını təqdim edir:

Kitabın adı: "Yoldançıxarma sənəti"
Janr: Biznes
Müəllif: Robert Greene
Nəşriyyat: Qanun
Cild: yumşaq
Qiymət: 5,99 AZN
Mağaza:
 “Ali və Nino”
Annotasiya: 
“Yoldançıxarma – hakimiyyətin son həddə təcəssümüdür. Onun sehrinə düşənlər və onun qarşısında geri çəkilənlər bunu məcburiyyət qarşısında yox, həvəslə və sevinclə edirlər. Qadınlara kişiləri məftun etmək xoş gəlir, kişilərə  qadınları; yazıçılar oxucuları valeh edir, aktyorlar tamaşaçıları, satıcılar alıcıları; siyasətçilər elektoratı, yəni mənimlə sizi yoldan çıxarırlar. Bu valehedici, həyəcanlandırıcı və çox vaxt sərt oyunun iştirakçılarını sonsuz sadalamaq olar. Lakin bu sənətə çox azları kamil yiyələnə bilir. Həmin azların, seçilmişlərin cərgəsinə necə düşəsən? Məftuedici insan olmağı isə gizlində hər kəs arzulayır. Yoldançıxarmanın taktikası və strategiyasını, insan psixologiyasının mahir bilicisi Robert Qrinin kitabında tapacaqsınız. Bu kitabda toplanan məsləhətlərə əməl edin və siz hər bir təbəssümünüzü, hər bir jestinizi, hər bir sözünüzü qarşısıalınmaz silaha çevirə, rəhbərlərinizin, həmkarlarınızın və ümumiyyətlə, ətrafınızda olan hər kəsin hədsiz-hüdudsuz etimadına nail ola bilərsiniz. Siz istənilən qadını (və ya kişini) sehrə sala biləcəksiniz, həmçinin də özünə əmin olan, gur, uğurlu şəxsiyyət olacaqsınız. Odur ki, səs-küylü bestsellerlərin və ilk növbədə də “Hakimiyyətin 48 qanunu”nun müəllifi olan Robert Qrinin bu kitabını vaxt itirmədən oxuyun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288