OXU ZALI

“360 dərəcə brendinq” - BİZNES QİRAƏT
13 NOYABR 2015
1018

“360 dərəcə brendinq” - BİZNES QİRAƏT

2015-11-13 11:30:00

Fins.az mütəmadi olaraq Bakıda satışda olan biznes ədəbiyyatını təqdim edir:

Kitabın adı: “360 dərəcə brendinq”  


Janr: Biznes
Müəllif: İlkin Manafov
Nəşriyyat: Elm və Təhsil
Cild: yumşaq
Qiymət: 12 AZN
Mağaza:
“Ali və Nino”

Annotasiya: Ana dilimizdə İLK brendinq kitabı hesab edilən "360 dərəcədə brendinq" kitabı, Milli Marketinq Forumundan sonra, kütləvi olaraq ölkənin kitab mağazalarında satışa başlanılıb. Xatırladırıq ki, kitab ümumi olaraq 10 fəsildən ibarət olmaqla, yerli şirkətlərimizin təcrübəsində olan praktik marketinq keyslərini özündə birləşdirir. "360 dərəcədə brendinq" Azərbaycanda uğurlu marketinq və biznes karyerası qurmaq, uğurlu brendlər yaratmaq üçün reseptlər kitabıdır. Kitabda müəllif əsasən aşağıdakı mövzulara toxunmuşdur: Uğurlu marketinq karyerası qurmaq üçün hansı addımlar vacibdir? Azərbaycanda brend qurmaq üçün nələr vacibdir? HR brendinq qurmaq üçün nələr şərtdir? Milli brendlərimiz təcrübəsindən 50-ən çox keys təhlil edilir Qlobal brendlərin uğur səbəbləri və yerli brendlərimizlə müqayisəli təhlili Brend strateqiyalar Brend araşdırmalar Brend kommunikasiya kampaniyaları, reklamlar İnternet marketinq və brend idarəetmədə internetin rolu Şəxsi brendinq kimi mövzulara toxunulmuşdur. Kitab, oxunaqlı və rahat dildə yazıldığından müəllif kitabın cəmi 4 saata oxunmasının mümkün hesab edir. Xatırladırıq ki, "360 dərəcədə brendinq" kitabı 350 səhfəli bir biznes ədəbiyyatdır. Ana dilimizdə ilk brendinq kitabının şəhərimizin əksər kitab mağazalarından almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300