XƏBƏRLƏR

Qarındakı yağları əritməyin ASAN YOLU
05 APREL
310

Qarındakı yağları əritməyin ASAN YOLU

2018-04-05 09:00:00

Araşdırmalara əsasən, qadınlar güzgüyə baxdıqda gözlərinə çarpan ilk şey göbək nahiyəsində yaranan yağlardır.

Demək olar ki, bütün qadınlar qarın bölgəsindəki yağları əritmək istəyir və bunun üçün bir çox vasitələrə əl atır. Amma hər zaman da müsbət nəticə almaq olmur. Tibb.fins.az-ın verəcəyi bu reseptlərlə qarın bölgəsindəki artıq yağlardan asanlıqla qurtulacaqsınız.

 

1. Keşniş toxumunu qatığa, şorbalara və salatlara əlavə edərək, qısa zamanda göbək ətrafınızdakı yağlardan qurtula bilərsiniz.

2. Yeməklərdən əvvəl alma sirkəli su içsəniz, iştahanız azalar və daha tez doyaraq, daha az kalori alarsınız. Əgər işləyirsiniz, ya da oxuyursunuzsa, kiçik bir şüşədə bu qarışımı yanınızda daşıya bilərsiniz.

3. Sağlıqlı qidalar siyahısında ən başda olan tərəvəzlərdən biri sarımsaqdır. Bir diş sarımsağı gecə yatmazdan əvvəl bir stəkan su ilə həb kimi uda bilərsiniz. Qısa zamanda qarnınızda yaranan yağlar yoxa çıxacaq.

4. Qaraciyərdə yağlanma ilə əlaqədar artıq çəki göbək nahiyəsində toplanır. Buna görə göbəyinizi əritmək üçün ilk öncə qaraciyəri təmizləmək lazımdır. Hər səhər bir stəkan ilıq suya yarım limonun suyunu əlavə edib içsəniz, qaraciyəriniz bir müddət sonra təmizlənəcək  və artıq piylər əriməyə başlayacaq.

5. Yaşıl çayın yağ yandıran təsirli bitkilərdən biridir. Xüsusilə yeməklərdən sonra içsəniz, yağ yanmasını sürətləndirir. Təsirini artırmaq üçün içinə bir neçə damcı limon suyu əlavə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278