XƏBƏRLƏR

Demodeks - dərialtı gənələr
27 DEKABR 2017
143

Demodeks - dərialtı gənələr

2017-12-27 10:14:00

Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.

Bu xəstəlik özünü bu kimi simptomlarla büruzə verir: insanların üz dərisində məsamələr genişlənir, qırmızı ləkələr əmələ gəlir, dəri həddən artıq yağlanır, qaşınır, səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür.

İnsanların bir çox hissəsi bu problemləri özləri aradan qaldırmağa çalışır və ya həkim-dermatoloqa yox, müxtəlif "kosmetoloqlara" müraciət edirlər. Bu isə yalnız vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir və öz-özünə keçib getmir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər.

Xəstəliyin müalicəsi uzunmüddətlidir və kompleks şəklində aparılır. Bu səbəbdən dəridə hər hansı problemlər yarandıqda, ilk növbədə həkim-dermatoloqa müraciət etmək lazımdır. Bu "adi sızanaqlar" yox, daha ciddi dəri xəstəliyi ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300