XƏBƏRLƏR

Qüsurlu uşaqlarla bağlı TƏKLİF - Valideynlərinə də müavinət verilsin
21 NOYABR
142

Qüsurlu uşaqlarla bağlı TƏKLİF - Valideynlərinə də müavinət verilsin

2017-11-21 16:32:00

Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var.

Tibb.fins.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: “Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.

Deputat qeyd edib ki, qüsurlu uşaqlara baxan analara mənəvi dəstəklə yanaşı maddi dəstəyin də göstərilməsinə ehtiyac var: “Təklif edirəm ki, həmin uşaqların valideynlərinə də müavinət verilsin”.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289