XƏBƏRLƏR

"Bizə keyfiyyətli insulinlər lazımdır..."
15 NOYABR
134

"Bizə keyfiyyətli insulinlər lazımdır..."

2017-11-15 12:16:00

Millətin sağlamlığını daima uca tutan Ümummilli Liderimiz Heydər Əliyev onu dövlət siyasətinin prioriteti kimi qiymətləndirmiş, sağlamlığın qorunması sahəsində Dövlət Proqramlarının hazırlanıb həyata keçirilməsini dövlətin mühüm vəzifəsi olduğunu göstərmişdir. Onun həm daxili, həm də xarici siyasətini çox uğurla davam etdirən Respublika Prezidenti cənab İlham Əliyevin ölkənin əldə etdiyi böyük iqtisadi və sosial inkişafın davamlı tempi və onun nəticəsi olaraq, bütün sahələri, o cümlədən səhiyyənin müasir tələblərə cavab verən yenidənqurma işlərinə verdiyi tövhə respublika ictimaiyyəti tərəfindən yüksək quymətləndirilir.

Cəmiyyətin həssas təbəqələrindən biri olan şəkərli diabet xəstələrinə Azərbaycan Respublikası dövlətinin qayğısı “Şəkərli Diabet xəsləliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunla və onun əsasında hər beş ildən bir AR Nazirlər Kabinetinin şəkərli diabet üzrə qəbul etdiyi Dövlət Proqramlarının icra edilməsilə bu xəstəliyə məruz qalan insanların dövlət tərəfindən insulin, digər şəkərsalıcı dərmanların, özünənəzarət vasitələrilə təminatı yaxşılaşmışdır. Qanunun tələbi ilə xəstələrə göstərilən tibbi yardımın həcmi və keyfiyyəti beynəlxalq standartlara cavab verməlidir. BMT-nin şəkərli diabetlə əlaqədar qəbul etdiyi Qətnamədə, həmçinin “Davamlı İnkişafın Məqsədləri” üzrə qəbul etdiyi Bəyannamənin üçüncü məqsədi “Səhiyyədə” göstərilmişdir ki, şəkərli diabetlə xəstə insanların keyfiyyətli dərman vasitləri ilə təmin edilmələri onların hüququdur və bunu BMT-yə üzv dövlətlər rəsmi sənədlərdə öhdələrinə götürmüşlər. Qeyd edilməlidir ki, AR Səhiyyə nazirliyi şəkərli diabet üzrə Qanun və Proqramların icrasında ŞD xəstələrini indiyədək keyfiyyətli insulinlərlə təmin etmişdir.

Bu yaxınlarda KİV-də məlumat yayılmışdır ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin Azərbaycan İnvestisiya Şirkəti və Ukarynanın “İndar” Özəl Aksioner Şirkəti arasında Azərbaycanda insulin zavodunun tikilməsi barədə memorandium imzalanmışdır. İqtisadiyyat naziri cənab Şahin Mustafayev bildirmişdir ki, zavodun tikintisi Pirallahi sənaye parkında iki il ərzində yerinə yetiriləcəkdir. Zavodun tikintisi 17 milion ABŞ dollarına başa gələcəkdir. Bu məlumat, öz Nizamnaməsində şəkərli diabet xəstələrinin hüquqlarının qorunması və onların maariflənməsi kimi mühüm məsələləri özündə ehtiva edən Azərbaycan Diabet Cəmiyyətini çox narahat etmişdir. “İndar” Özəl Aksioner Şirkətinin saytında olduğu məlumata görə şirkətin istehsal etdiyi məhsulların keyfiyyətinə Ukrayna, Moldova, Kazaxstan, Rusiya Federasiyası, Braziliya, Siriya, Yəmən kimi ölkələrdə xəstələr və əməkdaşlar inanırlar.

Göstərdiyimiz kimi bu məsələ bizim üçün çox vacib olduğundan, ADC araşdırmalar aparıb. Rusiya Federasiyası, Kazaxstan, Moldova, Qırğızstan və Gürcüstan Diabet Assosiyasiyaları rəhbərlərindən aldığımız məlumatlara görə .çox ciddi cəhdlərinə baxmayaraq bu ölkələrin heç birinə “İndar” şirkəti yol tapa bilməmiş, çünki bu ölkələrdə ŞD xəstələri bütün dünyada rəğbət qazanmış Novo Nordisk, Lilly, Sanofi şirkətlərinin insulinləri ilə təmin olunurlar. Moldova Respublikası Parlamentinin deputatı, respublikanın Daibet Assosiyasiyasının rəhbəri bizə məlumat vermişdir ki, baxmayaraq “İndar” şirkəti qeydiyyata götürülüb, lakin respublikadaki həkim-endokrinoloqlar öz ŞD xəstələrinə “İndar” insulinini yazmırlar. Axı hələ indiyə kimi MDB bazarında yer tapmayan “İndar” insulini, xüsusilə onun keyfiyyətinin hələ məlum olmayan xüsusiyyətləri bizə bəlli olmadan niyə belə insulin istehsal edən zavodu məhz bizim respublikamızda titilsin?

Ukraynanın özündə, yalnız 40 faizi qədər ŞD xəstələri bu insulini qəbul edir və onlardan kifayət qədər şikayətlər səslənib. Bizim Ukraynadakı həmkarlarımızın da bu şirkət haqqında çox mənfi rəyləri var, hətta şirkətlə məhkəmə çəkişmələri də olub. Alınmış məlumatda bu da qeyd edilir ki, şirkətin bu ilin üçüncü rübündə satdığı məhsulun həcmi keçən ilin müvafiq dövrünə nisbətən yeddi dəfə azalıb. Görünür buna səbəb “İndar” insulinlərinin keyfiyyət indeksinin aşağı olmasıdır. 90 ildən çox təcrubə toplamış və yüksək keyfiyyətli insulinlər istehsal edən Novo Nordisk (Danimarka), Lilli və Sanofi (ABŞ) şirkətləri dünya bazarının 90 faizindən çoxunda yer almışdır. AR Səhiyyə nazirliyinin tibb müəssisələrində şəkərli diabet xəstələrinin müalicəsi məqsədilə dövlət tərəfindən pulsuz olaraq onlara bu şirkətlərin insulinləri verilir.

Onuda qeyd etməyi lazım bilirik ki, respublikamızda insulin zavodunun tikilməsi təzə məsələ deyil. Hələ 2007-ci ildə Azərbaycan İnvestisiya Şirkəti İngiltərənin bir şirkətili ilə respublikamızda insulin zavodunun tikilməsilə bağlı ideya irəli sürülmüşdü. O vaxti da ADC bu məsələ ilə bağlı öz mənfi fikrini bildirmişdi, və beləliklə bu məsələ müsbət həllini tapmamışdı. İndi yenidən bu məsələ ortaya qoyulub. Görünür ki, İqtisadiyyatn Nazirliyinin “İndar” insulinin ucuz qiymətə başa gəlməsi və bu səbəbdən iqtisadiyata xeyir verməsi amili daha çox maraqlandırır. Ancaq onu bilmək çox vacibdir ki, şəkərli diabet xəstələrinin əvvəl müalicə aldıqları bu keyfiyyətli insulin müalicəsindən nisbətən ucuz, lakin keyfiyyəti ətraflı yoxlanılmamış “İndar” insulininə keçirdikdə onları hansı “Sürprizlər”, yəni problemlər gözləyir, onu qabaqcadan bilmək əlbətdə çox çətindir. Hələ bu zavodun məhsullarının MDB ölkələrinə satılmasıda nəzərdə tutulur. Yuxarıda göstərdik ki, MBD ölkələri bu insulini öz bazarlarına yaxın buraxmırlar. Bəs belə isə, niyə dövlətin milyonları xeyir verməyən bir əmələ yönəldilsin.

Azərbaycan Diabet Cəmiyyəti respublikamızda yaşayan bütün şəkərli diabet xəstələrinin hüquqlarının qoruyaraq aidiyyatı dövlət qurumlarından xahiş edir ki, bu məsələyə ciddi, diqqətlə və hərtərəfli yanaşsınlar. ŞD xəstə insanların həyat keyfiyyətlərinin yaxşılaşması, onların sağlamlıqlarının qorunması Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyinə əsasən,.dövlət siyasətinin prioriteti kimi qəbul edilməlidir.

© Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291